Haqqımızda

Haqqımızda

Yüksək keyfiyyətlə hazırlanmış şərablarımız ağız dadınızı dəyişəcək

Əsası 2006-ci ildə qoyulmuş Şəki şərab zavodu Şəki rayonu ,Çələbixan
qəsəbəsində 0.29304 ha torpaq sahəsində yerləşmişdir.Əsas istehsal sahəsi
1847.17 m²,köməkçi sahə isə 910m² ibarətdir.Ərazidə inzibati
bina,qablaşdırma sexi,istehsal sexi,üzüm qəbulu sexi ,tərəzi binası,gözətçi
binası,qonaq evi,idarə binası,nasos binası və s bina yerləşir.Müəssisənin illik
istehsal gücü 3000 ton üzüm email təşkil edir.İllik şərabı materialı istehsal
gücü 200.000 dekalitrdir.Bu da 2660000 şüşə üzüm şərabı istehsalı təşkil
edir.Zavodda iki ədəd ağ və qırmızı üzüm emalı üçün,bir ədəd elit şərabların
istehsalı üçün müasir üzüm qəbulu xətti vardır.Bundan əlavə
fermentləmə,qıcqırma (ağ və qırmızı üsulla),texnoloji emal və kupaj sexləri
yaradılmışdır.Şərabın soyuq emalı sexi tam avtomatlaşdırılmışdır.Zavod
şərab emalı üçün ən yüksək keyfiyyətli,müasir dövrlə ayaqlaşan İtaliyanın ən
məşhur markası olan “Della Toffola” avadanlıqları ilə təchiz olunmuşdur.
01 mart 2018-ci il tarixində müəssisə “Azərbaycan Sənaye
Korporasiyası” ASC-nin tərkibində “ASK Şəki Şərab” MMC adı ilə dövlət
qeydiyyatından keçmişdir.02 iyul 2018-ci il tarixində Rusiya
Federasiyasından dəvət olunmuş Rusiyanın əməkdar şərabçısı Həsənov
Vidadi Cəmil oğlunun rəhbərliyi altında fəaliyyətə başlamışdır.

2018-ci ildə müəssisəmizə 724985 kq müxtəlif
növdə(Saperavi,Caberne,Şiraz,Merlo,Şardone,Sovinyon blank,Muskat) üzüm
qəbul olunub.Bu üzümün emalından 50000 dal şərab materialı istehsal
olunmuşdur.Alınmış şərab materialından müxtəlif çeşidli şərabların
qablaşdırılıb 2019-cu ildə daxili və xarici bazarda satışı planlaşdırılmışdır.
10 avuqst 2018-ci ildə Rusiya Federasiyası ilə bağlanmış müqaviləyə
əsasən 50000 dal şərab materialının ixracı nəzərdə tutulub və 33616 dal
şərab materialı artıq göndərilmişdir.

2019-cu ildə “Bouquet Sheki” və “Askona” markaları adı altında
yeni 10 növ yüksək keyfiyyətli şərab istehsal edilmişdir.Yaxın zamanlarda
üzümün növündən asılı olaraq “Askona” və “Bouquet sheki” adı altında
Sovinyon blank,Şardone,Muskat,Rkasiteli,Mtsvani ağ şərabları və
Saperavi,Mədrəsə,Merlo,Caberne sovinyon,Şiraz,Caberne nuar və s qırmızı
şərablar istehsalına başlanılacaq..

Yaxın gələcəkdə müəssisə Sidr,puare,medavuxa kimi az

qazlaşdırılmış aşağı tündlüyü olan içkilər istehsalına başlayacaq.

Onuda qeyd etmək istəyirik ki bu spirtli içkiləri istehsal etmək üçün
zavodda işləmək üçün yüksək ixtisaslı kadrlar cəlb olunmuşdur.Zavodun baş
şərabçısı Hüseynov Agahüseyn Hüseyn oğlu,Laboratoriya müdiri İsmayılova
Məhəbbət Bayram qızı,Baş mühasib Ramazanova Hicran Mustafa qızı,Baş
mühəndis Əsədov Lütvəli Şövkət oğlu qeyd etmək olar.

Əlaqə

Şəki rayonu,Çələbixan qəsəbəsi.
Telefon: Direktor-Vidadi Həsənov (055 500 64 00)
Direktor müavini-Ağahüseyn Hüseynov(055 500 25 00)
Email : İnfo@ask-wine.com
sk-shekisherab@mail.ru

logologo (1)

Haqqımızda

Əsası 2006-ci ildə qoyulmuş Şəki şərab zavodu Şəki rayonu ,Çələbixan
qəsəbəsində 0.29304 ha torpaq sahəsində… (Ətraflı)