İstehsal prosesi

1 Cİ MƏRHƏLƏ

ÜZÜMÜN VƏZİYYƏTİNİ SAHƏDƏ ANALİZ ETMƏK.ŞƏKƏRLİLİK VƏ TURŞULUĞUNU YOXLAMAQ.ŞƏKƏRLİLİK NORMAYA ÇATIBSA EMAL ÜÇÜN YIĞILIB ZAVODA QƏBUL ETMƏK.

AĞ ÜZÜMLƏRDƏ ƏVVƏLCƏ BUNKERƏ QƏBUL EDİLƏN ÜZÜMÜN SAPLAXDAN AYRILMASI VƏ SOYUDULUB ƏZİNTİNİ 24 SAAT MÜDDƏTİNDƏ  QABIQDA OLAN DAD VƏ TAMIN AYRILMASI ÜÇÜN DİNCƏ QOYULUR TEMPERATURA TAM NƏZARƏT OLUNUR VƏ 24 SAAT BİTDİKDƏN SONRA  SIXILMA ÜÇÜN PRESƏ VERİLİR SƏRBƏST AXINLA ƏLDƏ OLUNAN  ŞİRƏ ELİT ŞƏRABLARIN HAZIRLANMASI ÜÇÜN AĞ USULLA QICQIRMA ÇƏNLƏRİNƏ VURULUR.

QIRMIZI ÜZÜMLƏRDƏ İSƏ SAPLAQ AYRILDIQDAN SONRA BİR BAŞA FERMENTATORA VERİLMƏSİ.

2 Cİ MƏRHƏLƏ

AĞ ÜZÜMLƏRDƏ ƏLDƏ OLUNAN ŞİRƏYƏ MƏDƏNİ MAYA ƏLAVƏ OLUNMASI VƏ TEMPERATURA NƏZARƏT ETMƏKLƏ QICQIRMAYA TAM IABORATORİYA ŞƏRAİTİNDƏ  NƏZARƏT.GÜNDƏLİK ANALİZLƏR ŞƏKƏRİN PARÇALANMASI BAŞA ÇATANA QƏDƏR.

QIRMIZI ÜZÜMLƏRDƏ FERMENTATORA VURULMUŞ ŞİRƏYƏ MƏDƏNİ MAYA ƏLAVƏ OLUNMASI VƏ TEMPERATURA NƏZARƏT ETMƏKLƏ QICQIRMAYA TAM LABORATORİYA ŞƏRAİTİNDƏ NƏZARƏT.GÜNDƏLİK ANALİZLƏR.ŞƏKƏRİN PARÇALANMASI BAŞA ÇATANA QƏDƏR.BUNDAN SONRA PRESƏ VERİLİR VƏ SƏRBƏST AXINLA 1 Cİ FRAKSİYA ŞİRƏ ELİT ŞƏRABLARIN HAZIRLANMASI ÜÇÜN  BAŞQA ÇƏNƏ VURULUR.

3 CU MƏRHƏLƏ

ƏLDƏ OLUNAN ŞƏRAB MATERİALININ MAYA ÇÖKÜNTÜSÜNDƏN AYRILMASI VƏ DİNCƏ QOYULMASI

4CU MƏRHƏLƏ

DİNCƏ QOYULDUQDAN SONRA  MATERİALIN BENTONİT,JELATİNLƏ İŞLƏMƏ.YENİDƏN ÇÖKÜNTÜDƏN AYRILMA.

5 Cİ MƏRHƏLƏ

ƏLDƏ OLUNAN ŞƏRAB MATERİALLARININ FİLTRASİYASI.FİLTRASİYA BAŞA ÇATDIQDAN SONRA 6 AY DİNCƏ QOYULMASI.

6 Cİ MƏRHƏLƏ

ŞƏRAB TAM HAZIR OLDUQDAN SONRA QABLAŞDIRMA SEXİNƏ ÖTÜRÜLÜR VƏ BUTULKALARA DOLDURULUR. BUTULKAYA DOLDUQDAN SONRA TIXAC,ÜST ÖRTÜYÜ,ETİKET VE MƏHSUL SATIŞ ÜÇÜN TAM HAZIRDIR.